Senaki və Çxorotsku mitropoliti Şio (Muciri), hazırda patriarx taxtının müvəqqəti rəhbəri olaraq fəaliyyət göstərən din xadimi Gürcüstanın yeni patriarxı seçilib.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş toplantısından sonra mitropolit Ananiya açıqlama verib.
“Yer saxlayıcısı Şio 22 səs, mitropolit İov 9 səs, mitropolit Qriqol isə 7 səs toplayıb. Bir bülleten etibarsız sayılıb. Gürcüstanın patriarxı mitropolit Şio seçilib”, - deyə mitropolit Ananiya bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Gürcüstan
Patriarx