Ordu.az xəbər verir ki, Paşinyan jurnalistlərin katolikosla Samvel Karapetyanın qucaqlaşdığı və Karapetyanın katolikosun çiyninə vurduğu görüntülərlə bağlı bunun kilsə qaydalarının pozulması olub-olmaması barədə sualını cavablandırıb.
“Ktriç Nersisyan (II Qaregin-red.) həmin baş örtüyünün altında artıq kilsəyə qarşı təhqirdir. İndi qucaqlaşsınlar, nə edirlər etsinlər, həmin təhqir əvvəldən mövcuddur. Ona görə də qalan hissələri sizin icazənizlə şərh etməyəcəyəm.
Ktriç Nersisyan çoxdan Ermənistana qarşı aparılan hibrid mübarizənin liderlərindən biridir. Sadəcə o, özünəməxsus hiyləgər məntiqlə elə edir ki, başqalarını təhrik edir, ruhlandırır və özü kölgədə qalaraq müdafiəsini təmin edir. Amma düşünürəm və ümid edirəm ki, Ermənistan xalqı 2026-cı il iyunun 7-də keçiriləcək seçkilərin nəticələri ilə bu vəziyyətə də son qoyacaq”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, kilsənin siyasi mövqe nümayiş etdirməsi yeni hal deyil.
“İnqilabdan dərhal sonra kilsə siyasi fəaliyyətlə məşğuldur və bunun təzahürləri var. Həm də dövlət əleyhinə siyasi fəaliyyətlə məşğuldur, cinayət işləri mövcuddur. Nə qədər siyasiləşdirməyə çalışsalar da, sonda faktlar öz yerindədir. Bu elə hal deyil ki, kimsə desin, yoldan keçəndə eşitmişəm. Bütün faktlar dəqiq, təkzibedilməz və sarsılmaz şəkildə qeydə alınıb. Hər halda onlar internetdə yayımlanıb və burada əlavə şərhə belə ehtiyac yoxdur”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az