Türkiyəli jurnalistlər Ermənistan-Türkiyə sərhədinə baş çəkiblər

2026/05/1778500333.jpg
Oxunub: 434     15:49     11 May 2026    
Türkiyəli jurnalistlər İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində və “İrəvan Dialoqu”nda iştirak etdikdən sonra Gümrüyə səfər ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Ermenihaber.am” nəşri məlumat yayıb.

Jurnalistlər Gümrü-Qars dəmir yolu ərazisində olublar, dəmir yolunun yenidən fəaliyyətə başlaması perspektivlərini araşdırıblar və sərhəd-keçid məntəqəsinin açılmasının əhəmiyyəti barədə yerində müzakirələr aparıblar.

Ermənistan-Türkiyə sərhədində onlar Gümrünün “Asparez” Jurnalistlər Assosiasiyasının sədri Levon Barseğyanla görüşərək sərhədin açılmasının vacibliyini müzakirə ediblər.

Barseğyan bildirib ki, “Axurik” stansiyası Soyuq müharibə dövrünün dəmir yolu şəbəkəsinin bir hissəsidir və həmin stansiya Ermənistandan Türkiyəyə gedən son nöqtə, oradan isə Avropaya aparan yolun son stansiyasıdır.

Onun sözlərinə görə, bu marşrut Asiya ilə Avropa arasında Orta Dəhlizin bir hissəsinə çevrilə bilər.

Barseğyan həmçinin xatırladıb ki, bu marşrut sovet illərində fəaliyyət göstərib və 1992-1993-cü illərdə bir il açıq qalıb.

Onun fikrincə, sərhədin yenidən açılması iki ölkə arasında ticarətin və münasibətlərin inkişafına ciddi təsir göstərə bilər.

Barseğyan əlavə edib ki, bu, yalnız Türkiyə və Ermənistana deyil, qonşu ölkələrə də fayda verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin