Paşinyan: “Ermənistan AİB-ə üzvlük məsələsini gündəliyə daxil etmək niyyətində deyil”

2026/05/1778500211.jpg
Oxunub: 517     15:44     11 May 2026    
“Belə bir zərurət yaranmayana qədər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini gündəliyə çıxarmaq niyyətində deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbəti zamanı bildirib.

Hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Paşinyan izah edib ki, Ermənistan bunu yalnız belə bir ehtiyac yarandıqda edəcək.

Onun qiymətləndirməsinə görə, hazırda belə obyektiv zərurət yoxdur.

“Biz Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlarımıza böyük hörmətlə yanaşırıq, Avrasiya İqtisadi Birliyində iştirakımıza da böyük hörmətlə yanaşırıq”, - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanı referendum keçirməyə və Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə çağırmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin