Ordu.az xəbər verir ki, bu barədə hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Paşinyan mayın 11-də jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, parlamentdə dövlətlərarası münasibətlərin tez-tez evliliklə müqayisə edildiyini deyib.
“Mən bu ifadə ilə razı deyiləm. Ermənistan dövlətlərarası münasibətlərdə həmin məntiqlə rəhbərlik edir. Biz Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüyük və bütün qərarların qəbulunda tam iştirak edirik. Rusiyanın maraqlarına zərər vurmaq məqsədimiz yoxdur”, - deyə Paşinyan əlavə edib.
O bildirib ki, bu mövzu ilə bağlı dəfələrlə danışıb.
“Bu məsələ ilə bağlı Rusiya prezidenti ilə işgüzar müzakirələrimiz olub. Nə hüquqi, nə də faktiki olaraq seçim etmək zərurəti yaranmayana qədər biz belə məsələni gündəliyə gətirmirik”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az