Paşinyan Astanada keçiriləcək AİB sammitinə getməyəcək

2026/04/1777546581.jpg
Oxunub: 381     15:27     11 May 2026    
“Ermənistan mayın 28-29-da keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti sammitində baş nazir səviyyəsində təmsil olunmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə hakim “Vətəndaş Müqaviləsi” partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan İrəvanın Erebuni rayonunda keçirilən seçkiqabağı kampaniya zamanı jurnalistlərə bildirib.

O xatırladıb ki, hələ aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinə seçki kampaniyası ilə əlaqədar mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə iştirakının qeyri-mümkünlüyü barədə məlumat verib.

“O vaxt hələ dəvətin olub-olmayacağını bilmirdim, lakin hörmət əlaməti olaraq öncədən xəbərdarlıq etdim. Həmçinin bildirdim ki, mayın 28-də keçiriləcək tədbirlərdə də iştirak edə bilməyəcəyəm. Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edərək onu da bu barədə məlumatlandırdım”, - deyə Paşinyan qeyd edib.

Məlumata görə, sammitdə Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası mayın 28-29-da Astanada keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin