Erməni oliqarx: “Mövcud vəziyyətə görə xalq da məsuliyyət daşıyır”

2026/05/1778497834.jpg
Oxunub: 378     15:08     11 May 2026    
“Ölkədə yaranmış vəziyyətə görə xalq da məsuliyyət daşıyır, vətəndaşlar siyasi proseslərdə daha fəal və məsuliyyətli iştirak etməlidirlər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan Hrazdanda erməni sakinlərlə görüşü zamanı seçkilər və cəmiyyətin hakimiyyətə münasibətindən danışarkən bildirib.

“Demişik ki, əziz xalq, siz də günahkarsınız. Deyirsiniz ki, seçkiyə getmirəm, onsuz da hər şey eyni olacaq. Amma oğlunuzun işdən çıxarılacağından qorxursunuzsa, heç olmasa deyin ki, heç kimi seçmirəm və ya hamıya deyin ki, səni seçəcəyəm”, - deyə o qeyd edib.

Tsarukyanın sözlərinə görə, cəmiyyət birləşməli və yaranmış ağır vəziyyətdən birlikdə çıxmağa çalışmalıdır.

“Bir-birimizin yanında dayanmalı və bu vəziyyətdən birlikdə çıxmalıyıq. Mən insanların vəziyyətini və ümumi şəraiti anlayıram, amma hamımız məsuliyyət götürməliyik”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin