Ermənistanda Süni Zəka Nazirliyi yaratmaq planlaşdırılır

2026/04/1775888747.jpg
Oxunub: 407     12:15     11 May 2026    
Ermənistanda Süni Zəka Nazirliyi yaradıla bilər, ölkə hökuməti “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna müvafiq düzəlişlər layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sənədə əsasən, Ermənistanın hazırkı Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adının dəyişdirilərək Yüksək Texnologiyalar Sənayesi və Süni Zəka Nazirliyi edilməsi təklif olunur.

Ehtimal edilir ki, yenilənmiş qurum süni zəka və bulud texnologiyaları sahəsində dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsinə cavabdeh olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Süni-zəka  


Bizi "telegram"da izləyin