“Ermənistanın gələcəyini yalnız xalq müəyyən edə bilər” - Marta Kos

2025/12/1764659069.jpg
Oxunub: 610     11:56     11 May 2026    
“Ermənistanın gələcək inkişaf istiqaməti və ölkənin gələcəyi ilə bağlı qərar yalnız Ermənistan vətəndaşlarına məxsusdur və Avropa İttifaqı bu seçimə hərtərəfli dəstək verməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos jurnalistlərlə söhbəti zamanı Ermənistanın Avropa inteqrasiyası ilə bağlı son açıqlamaları şərh edərkən bildirib.

Marta Kos vurğulayıb ki, Avropa Siyasi Birliyinin görüşü və Ermənistan-Avropa İttifaqı sammiti də daxil olmaqla son mühüm hadisələr ölkənin hansı istiqamətdə hərəkət etməyə çalışdığını açıq şəkildə göstərib.

Onun sözlərinə görə, Avropa tərəfi bu siqnalları diqqətlə izləyir və İrəvana seçilmiş kursun həyata keçirilməsində dəstək göstərmək niyyətindədir.

“Ermənistanın gələcəyi ilə bağlı qərarları yalnız Ermənistan xalqı qəbul edə bilər”, - deyə avrokomissar bildirib və Brüsselin tərəfdaş ölkələrin suverenliyi prinsiplərinə sadiqliyini təsdiqləyib.

Marta Kos qeyd edib ki, Avropa İttifaqı regionun mürəkkəb geosiyasi vəziyyətini yaxşı anlayır və mümkün riskləri ehtiyatla qiymətləndirir. Onun sözlərinə görə, inteqrasiya yolunu seçən ölkələrə qarşı xarici təzyiqlərə baxmayaraq, Avropa Ermənistanın Avropa ailəsinə yaxınlaşmasını dəstəkləməyə hazırdır və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos     Ermənistan  


Bizi "telegram"da izləyin