Erməni ekspert: “Ermənistan Avropa İttifaqına üzv olmaq istəmir”

2026/05/1778478582.jpg
Oxunub: 531     09:44     11 May 2026    
“Ermənistan Avropa İttifaqına üzv olmaq istəmir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni mütəxəssis Suren Sarkisyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bunu həm Moskvada, həm Brüsseldə, həm Vaşinqtonda, həm də İrəvanda çox yaxşı bilirlər.

“Bundan əlavə, bunu nə Moskvada, nə Brüsseldə, nə Vaşinqtonda, daha da çoxu, nə də İrəvanda istəmirlər. Əgər Ermənistanın belə bir niyyəti olsaydı, tarixi imkanından cəmi bir həftə əvvəl bu barədə bəyan edə və yerindəcə Avropa İttifaqının dəstəyini xahiş edə bilərdi.

Lakin bu baş vermədiyinə görə, demək olar ki, hazırkı mərhələdə mövzu ətrafındakı iddialar əsasən populist və seçki xarakteri daşıyır”, - deyə Sarkisyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin