Paşinyan müxalifəti hədələdi: “Cəzaçəkmə müəssisəsində işləməlidirlər”

2026/05/1778436018.jpg
Oxunub: 396     21:48     10 May 2026    
Yeğeqnadzorda keçirilən mitinq zamanı “Vətəndaş Müqaviləsi”nin baş nazirliyə namizədi, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifəti hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan çıxışı zamanı müxaliflər barədə sərt fikirlər səsləndirib.

“Həmin insanlar erməni dilini öyrənəcəklər, amma bu o demək deyil ki, biz onları əmək bazarına buraxacağıq. Hesab edirəm ki, əgər işləyəcəklərsə, cəzaçəkmə müəssisəsində işləməlidirlər”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin