Honkonq şirkətinə məxsus təxminən 100 gəmi Hörmüz boğazında qalıb

2026/05/1778249371.jpg
Oxunub: 357     08:28     10 May 2026    
Honkonq şirkətlərinə məxsus və ya onlar tərəfindən idarə olunan Honkonqda qeydiyyatdan keçmiş təxminən 100 gəmi Hörmüz boğazında iliş qalıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Honkonq Gəmi Sahibləri Assosiasiyasının sədri Riçard Hekst bildirib.

"Söhbət 100 gəmidən gedir və nəzərə alsaq ki, onların hər birində təxminən 23 dənizçi var, onda buradan irəli gəlir ki, Honkonq gəmilərində 2300 dənizçi ilişib qalıb", - deyə o bildirib.

"Əgər Hörmüz boğazında qalan bir gəminiz varsa, onu çıxarmağa çalışmaq çox risklidir, çünki kiminsə ona atəş açması ehtimalı var", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Honkonq   Hörmüz  


Bizi "telegram"da izləyin