Konqoda silahlı şəxslərin hücumunda 69 nəfər ölüb

2025/02/1738818147.jpg
Oxunub: 351     03:03     10 May 2026    
Konqo Demokratik Respublikasında silahlı şəxslərin hücumu nəticəsində ən azı 69 nəfər həlak olub.

Ordu.az-ın "AFP"yə istinadən verdiyi məlumata görə, bu barədə agentliyə yerli mənbələr və təhlükəsizlik qurumlarının nümayəndələri məlumat veriblər.

Qeyd olunub ki, hücum ölkənin qanunsuz silahlı qruplaşmaların fəaliyyəti səbəbindən vəziyyətin gərgin olaraq qaldığı bölgələrindən birində baş verib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Hücum  


Bizi "telegram"da izləyin