Livan Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 800-ə yaxınlaşır

2026/04/1777485624.jpg
Oxunub: 552     01:44     10 May 2026    
İsrailin martın 2-dən bəri Livana endirdiyi zərbələr nəticəsində ölənlərin ümumi sayı 2 795-ə, yaralıların sayı isə 8 586-ya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Mayın 9-da İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi fasiləsiz zərbələr zamanı 36 nəfər ölüb, daha 74 nəfər isə yaralanıb", - qurumdan qeyd edilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, xilasedicilər Nəbatiyyə, Sayda və Tirdə dağıntıları təmizləməyə davam edir, günün sonunadək qurbanların və xəsarət alanların sayının arta biləcəyi istisna olunmur.

Daha əvvəl İsrailin bugünkü zərbələri nəticəsində 19 nəfərin öldüyü bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin