Rubio ilə Uitkoff Qətərin Baş naziri ilə mümkün İran razılaşmasını müzakirə ediblər

2025/04/1744781894.jpg
Oxunub: 482     01:21     10 May 2026    
ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə İranla razılığa gəlmək imkanlarını müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, görüş 9 may tarixində Florida ştatının Mayami şəhərində baş tutub. Tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumunun bağlanması yolunu tapmağa diqqət yetiriblər.

Bildirilib ki, ABŞ hələlik İrandan təklif etdiyi memorandum layihəsinə cavab almayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Uitkoff   Qətər  


Bizi "telegram"da izləyin