Kopırkin Ermənistan səfirinin Rusiya XİN-ə çağırılmasından danışıb: “Əlavə edəcək sözüm yoxdur”

2026/05/1778314244.jpg
Oxunub: 398     12:10     09 May 2026    
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu gün jurnalistlərlə söhbətində Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyanın Rusiya Xarici İşlər Nazirliyinə çağırılması məsələsini şərh edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Kopırkin bildirib: “Mən rəsmi şəkildə yayımlanmış açıqlamalara əsaslanmağı təklif edirəm. Əlavə edəcək heç nə yoxdur”.

Xatırladaq ki, mayın 7-də Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.

“Diplomatik nümayəndəliyin rəhbərinə bildirilib ki, Ermənistan ərazisində Avropa İttifaqının himayəsi altında keçirilmiş son tədbirlər çərçivəsində Kiyevdəki neonasist rejimin lideri V.Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün “platforma” təqdim edilməsi qəbuledilməzdir.

Vurğulanıb ki, Moskva bu məsələ ilə bağlı əsaslı narazılıq hiss edir və rəsmi İrəvanın həmin qonağın belə açıq davranışına münasibətdə lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun hesab etmir”, - deyə Rusiya Xarici İşlər Nazirliyində bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin