Lukaşenko İlham Əliyevi Qələbə Günü münasibətilə təbrik edib

2026/05/1778314167.jpg
Oxunub: 434     12:08     09 May 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko xarici ölkə liderlərini İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vahaqn Xaçatryana, Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və həmin ölkənin birinci Prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadir Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti Emoməli Rahmona, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Slovakiyanın baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.

“MDB ölkələrinin liderlərinə müraciət edən Aleksandr Lukaşenko vurğulayıb ki, mayın 9-u müqəddəs gün kimi sovet xalqlarının taleyində əbədi həkk olunub və onilliklər keçsə də, vətən qəhrəmanlarının şücaətinin böyüklüyü sönmür.

Belarus Prezidenti əminliyini ifadə edib ki, müharibənin ağır sınaqlarından çıxmış xalqlar dostluğu bu gün də mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz əsas olaraq qalır”, - deyə Belarus Prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   İlham-Əliyev  


Bizi "telegram"da izləyin