Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Deutsche Welle”yə müsahibəsində bildirib.
“Ölkəmizin yerləşdiyi coğrafiyanı və imkanlarını nəzərə alsaq, Ermənistanın rolu neytral olmaqdır. Ermənistan kiçik ölkədir. O, hər iki tərəf üçün bazarlıq predmetinə çevriləcək. Mən istəmirəm ki, ölkəm Rusiya, Brüssel, ABŞ və ya hər hansı başqa tərəf üçün bazarlıq predmetinə çevrilsin. Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanla həmsərhəddir. Dörd tərəfdən qapalıdır. Dənizə çıxışımız yoxdur”, - deyə Simonyan bildirib.
Onun sözlərinə görə, erməni xalqının tarixi onlara çox şey öyrədib.
“Biz keçmişin səhvlərini təkrarlamamalıyıq”, - deyə Ermənistan parlamentinin sədri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az