“Tramp yolu”nun keçidləri konkretləşdirilməli olduqda, həmin hissələri ayrıca delimitasiya edəcəyik” - Qriqoryan

2026/05/1778308843.jpg
Oxunub: 343     10:34     09 May 2026    
“Biz “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) ilə bağlı rəsmi şəkildə belə bir məntiq açıqlamışıq: nə vaxt “Tramp yolu”na aid keçidləri konkretləşdirməyə ehtiyac yaranarsa, həmin hissələri ayrıca delimitasiya edəcəyik”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın baş nazir müavini Mher Qriqoryan bildirib.

O qeyd edib ki, bu, vaxt aparan proses olmayacaq.

Rusiya tərəfinin baş nazir müavinləri səviyyəsində üçtərəfli razılaşmaları xatırlatdığı, orada da delimitasiya ilə bağlı razılaşmaların olduğu barədə qeydinə Qriqoryan belə cavab verib:

“Blokadanın aradan qaldırılması ilə bağlı məsələlər, doğrudan da, baş nazir müavinləri arasında üçtərəfli iş formatında müzakirə olunub, amma həmin işçi qrupun mandatı yalnız blokadanın aradan qaldırılması ilə məhdudlaşmışdı. Delimitasiya ilə bağlı isə biz heç bir üçtərəfli formatda müzakirə aparmamışıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin