Paşinyanın müavini: “Sərhəd delimitasiya komissiyalarının son görüşündə üç sənəd layihəsi razılaşdırılıb”

2026/05/1778308732.jpg
Oxunub: 401     10:26     09 May 2026    
“Son görüş zamanı komissiyalar tərəfindən sonrakı iş üçün mühüm əhəmiyyət daşıyan üç sənəd layihəsi razılaşdırılıb”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın baş nazir müavini Mher Qriqoryan Ermənistan və Azərbaycanla bağlı sərhəddelimitasiya məsələlərini şərh edərkən bildirib.

“Onlar proseduru təsvir edir, mahiyyət etibarilə daha çox texniki xarakter daşıyır, amma yenə də vacibdir, çünki həmin sənədlərə əsasən fəaliyyətimizi davam etdirməliyik.

Həmin sənədlər ictimaidir, iki ölkədə də daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir, buna görə də siz mətnlə də tanış olacaqsınız”, - deyə o bildirib.

Bundan sonra prosesin yerində başlanması üçün nə qədər vaxt lazım olacağı sualına Qriqoryan belə cavab verib: “Bundan sonrakı bütün işlər barədə məlumatları ictimai xarakter daşıdığı müddətcə, biz açıqlayırıq. Əlavə deyəcəyim yeni bir şey yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin