“2026-cı il mayın 9-nu Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində qeyd edirik” - Paşinyan

2026/04/1777546581.jpg
Oxunub: 703     09:50     09 May 2026    
“Bu gün İkinci Dünya müharibəsində Sovet İttifaqının və qərb müttəfiqlərinin qazandığı qələbə günüdür, ölkəmizdə bu gün qələbə və sülh bayramı kimi qeyd olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

Paşinyan bildirib ki, 2026-cı il mayın 9-nu Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində qeyd edirlər.

“Faşizm üzərində qələbənin 81-ci ildönümünü beynəlxalq mürəkkəb şəraitdə qarşılayırıq. Biz faşizmin bəşəriyyətə gətirdiyi fəlakətləri unutmamalı və bu hadisəni bütün təzahürləri ilə qınamalıyıq.

2026-cı il mayın 9-nu Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində qeyd edirik. Artıq iki ildir ki, Ermənistan-Azərbaycan atəşkəsi nəticəsində nə ölənimiz, nə də yaralananımız var, sərhədyanı yaşayış məntəqələrimiz atəş səslərindən uzaq mühitdə yaşayır. Bu, ölkəmizin müstəqilliyindən etibarən ilk dəfə əldə etdiyimiz ən mühüm nailiyyətdir.

Bu gün bizim vəzifəmiz əldə olunmuş sülhə layiqli qayğı göstərmək, onu hər gün daha möhkəm və daha etibarlı etməkdir. Bərqərar olmuş sülh ölkəmiz üçün tarixi fürsətdir, onu əvvəl heç vaxt görülməmiş təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çatdırmaq imkanıdır”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin