Köçəryan: “Hakimiyyət Ermənistanın AİB-ə üzvlüyünü təhlükə altına qoyur”

2026/05/1777714481.jpg
Oxunub: 384     22:11     08 May 2026    
“Bizim Avrasiya İqtisadi Birliyi timsalında nəhəng istehlak bazarımız var və məhsullarımızı həmin bazarda realizə edə bilərik. Bu gün hakimiyyət məhz bu imkanı, yəni Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü təhlükə altına qoyur və nəzərə almır ki, əhalinin 80 faizinin rifahı ciddi şəkildə həmin bazardan asılıdır”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Üçmüədzində keçirilən seçkiqabağı təşviqat mitinqində “Hayastan” alyansının baş nazirliyə namizədi Robert Köçəryan bildirib.

“Biz bunu rədd edirik. Biz Rusiya, Avropa, Çin ilə balanslaşdırılmış münasibətlər qurmalı və onların ziddiyyətləri üzərində oyun oynamamalıyıq. Kiçik ölkə üçün bu, həddindən artıq böyük riskdir. Bu gün hakimiyyət məhz belə addımlara əl atır.

Bizim məqsədimiz sənayeni bərpa etmək, kənd təsərrüfatının inkişafına nail olmaqdır. Vaxtilə mən göstərmişdim ki, bu yolla irəliləmək mümkündür. Bu gün imkanlar həmin illərlə müqayisədə daha çoxdur. Amma səkkiz il ərzində bir dənə də müəssisənin açılmaması və bu sahəyə heç bir investisiyanın yatırılmaması rüsvayçılıqdır”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   AİB   Ermənistan  


Bizi "telegram"da izləyin