“Qarabağ məsələsi 1996-cı il Lissabon sammitinin məntiqi ilə artıq həll olunub və bağlanıb” - Paşinyan

2026/05/1778263792.jpg
Oxunub: 465     22:01     08 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Gorusda çıxışı zamanı yenidən Qarabağın itirilməsi məsələsindən danışıb və Qarabağı özlərinin vermədiyini, belə qərarı qəbul etməyə məcbur olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

O qeyd edib ki, hər şey artıq əvvəlcədən həll olunmuşdu.

“Bu, mənim üçün, o cümlədən şəxsi baxımdan ağır qərar olub. Çünki mən siyasətlə “Qarabağ hərəkatı”nın (erməni separatizmi-red.) təsiri nəticəsində məşğul olmağa başlamışam. Məni siyasətə gətirən “Qarabağ hərəkatı” olub. Amma mən başa düşdüm ki, biz tələyə düşmüşük. Danışıqlarla bağlı sənədlərlə tanış olanda anladım ki, Qarabağ məsələsi 1996-cı il Lissabon sammitinin məntiqi ilə artıq həll olunub və bağlanıb”, - deyə Paşinyan bildirib.

Paşinyan həmçinin Zəngəzurla bağlı heç bir təhlükəsizlik probleminin olmadığını və bütün məsələlərin həll edildiyini iddia edib.

“Zəngəzurla bağlı yeganə məsələ odur ki, bu qədər turisti qəbul etmək üçün kifayət qədər hotellər tikə biləcəksinizmi? İndi yollar açılacaq, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi fəaliyyət göstərəcək. Zəngəzur bu qədər rifahdan öz payını ala biləcəkmi? Zəngəzurla bağlı başqa heç bir məsələ yoxdur. Zəngəzurla bağlı daha bir məsələ də var idi, amma o da artıq həll olunub. Biz bilirik ki, ərazilərlə bağlı problem mövcuddur. Biz deyirik ki, Ermənistanın 200 kvadrat kilometr ərazisi var. Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının birgə fəaliyyət qaydalarında qeyd olunub ki, delimitasiyanın əsasında Alma-Ata bəyannaməsi dayanır. Bu isə o deməkdir ki, Ermənistanın ərazisi sovet Ermənistanının ərazisi ilə eynidir. Bu xəritə də məhz bunu göstərir və bunun üçündür”, - deyə Paşinyan sinəsinə yapışdırdığı və özünün təsəvvür etdiyi Ermənistan xəritəsini göstərərək bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin