Köçəryan Zelenskinin Ermənistana səfərini şərh edib

2026/05/1778257993.jpg
Oxunub: 377     20:32     08 May 2026    
“Bu gün hakimiyyət yanlış siyasət nəticəsində Qarabağı itirməklə kifayətlənməyərək bizi yeni avantüraya sürükləməyə başlayıb”.

Ordu.az xəbər verir ki, bunu bu gün Üçmüədzində keçirilən seçkiqabağı təşviqat mitinqində “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, hakimiyyət Avropa Siyasi Birliyinin sammitini keçirib və Volodimir Zelenskini dəvət edib, o isə təxribat xarakterli açıqlamalarla çıxış edib.

“Bizi yenidən yeni avantüraya cəlb etməyə çalışırlar. Nə üçün? Makronun xoşuna gəlmək üçünmü, yoxsa başqa səbəblər var?

Birinci səbəb odur ki, onların deyəcək sözü yoxdur, çünki bütün istiqamətlər üzrə uğursuzluğa düçar olublar və indi müharibə təhlükəsi ilə xalqı inandırmağa çalışırlar ki, yenidən seçilməlidirlər.

Hakimiyyətin ikinci motivasiyası isə avropalıların bu gün Ermənistanda baş verən hər şeyə göz yummasıdır. Bu isə Paşinyanın şəxsi maraqlarının Ermənistanın maraqları ilə heç bir ortaq nöqtəsinin olmadığını göstərir. Biz bütün bunlara “yox” deyirik”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Zelenski   Ermənistan  


Bizi "telegram"da izləyin