Rus KİV-i: Paşinyan Rusiyanın düşmənlərini İrəvanda toplayaraq Putinin xəbərdarlıqlarına qulaq asmadı

2026/05/1778223746.jpg
Oxunub: 488     11:01     09 May 2026    
İrəvanda sammit keçirilib və orada NATO-nun baş katibi, Ukraynanın, Fransanın, Böyük Britaniyanın və digər Avropa ölkələrinin həmin rəhbərləri iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Politnavigator.news” nəşri “Paşinyan Rusiyanın düşmənlərini İrəvanda toplayaraq Putinin xəbərdarlıqlarına qulaq asmadı” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, onlar Kiyevlə birlikdə Ukrayna Silahlı Qüvvələri vasitəsilə Rusiyaya qarşı hərbi əməliyyatlar aparırlar.

“Bu hadisə Nikol Paşinyanın prezident Vladimir Putinin yaxın vaxtlarda verdiyi xəbərdarlıqlara nümayişkaranə cavabı kimi qiymətləndirilə bilər. Putin bildirmişdi ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalmaqdan və onun üstünlüklərindən yararlanmaqdan eyni zamanda “Avropaya doğru” bəyan etdiyi yeni yolunu izləməkdən davam edə bilməz”, - deyə nəşr qeyd edib.

Krım rəhbərinin müşaviri Denis Baturin bu hadisəni iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqələndirir. “Avropa İttifaqının keçmiş sovet respublikasına Rusiyaya qarşı dəstək proqramı Moldovadakı parlament seçkilərindən əvvəl baş verənlə eynidir. Sadəcə orada sammit xeyli təvazökar idi, bir neçə saat davam etmişdi. Həmçinin, Moldova prezidenti Maya Sandu da Ermənistanda olub”, - deyə o bildirib.

Siyasi şərhçi Semyon Uralov isə daha ciddi gizli motiv görür. “Strateji səviyyədə bu, könüllülər koalisiyasının genişlənməsi və hibrid hərbi ittifaqın möhkəmləndirilməsidir. “Ağ sahiblər” görünür, müharibəni maliyyələşdirir və texniki cəhətdən dəstəkləyirlər. Ayrı-ayrılıqda isə biz öz tayfadaşlarını və ərazilərini satan bir qrup “hind papaqlı başçılar” görürük. Paşinyan seçkilərdə qalib gəlməlidir, çünki könüllülər koalisiyası vasitəçilər üzərindən Rusiyaya qarşı müharibə aparmağa can atır. Zaqafqaziyada müharibə 2030-cu ildən sonra, Baltik ölkələrinin cəlb olunmasından dərhal sonra nəzərdə tutulub. Yaxud da Ukrayna ilə bağlı vəziyyət çökməyə başlasa, Zaqafqaziya cəbhəsi bir qədər tez açıla bilər”, - deyə o bildirib.

Erməni fəal Mika Badalyan da bu fikirlə razıdır. “İrəvan tamamilə sınaq poliqonuna çevrilir və Paşinyanı açıq şəkildə Rusiyanı mümkün qədər qıcıqlandırmaq üçün qırğına aparırlar... Bu oyunun qiyməti Ermənistanın “ukraynalaşması” olacaq, nəticələri isə faciəvi olacaq. Bizi başqasının müharibəsində sərf olunan material kimi istifadə edirlər və bunun nəticəsi dövlətçiliyimizin tam itirilməsi olacaq”, - deyə o bildirib.

Jurnalist Yaşar Niyazbayev isə daha bir mühüm detalı qeyd edib: sammitdə Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz da iştirak edib. “Bu, son on il ərzində bu səviyyədə olan türk rəsminin Ermənistana ilk səfəridir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin