Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Albanese Qəzza zolağında İsrailin apardığı müharibəni açıq şəkildə tənqid edib.
Sançes həm İran əleyhinə ABŞ-İsrail müharibəsinin, həm də Qəzza zolağında İsrailin müharibəsinin əleyhinə çıxan əsas Avropa siyasətçilərindən birinə çevrilib. O, bu addımları qanunsuz və beynəlxalq hüququn pozulması adlandırıb.
Sançes İsrailə silah tədarükünə ümumavropa embarqosu tətbiq edilməsinin, Fələstin dövlətinin tanınmasının və İran əleyhinə əməliyyatlar üçün ABŞ qoşunlarının İspaniya bazalarından istifadə etməsinə qadağa qoyulmasının vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az