Ordu.az xəbər verir ki, bu barədə “Fighterbomber” kanalını idarə edən rusiyalı təbliğatçı İlya Tumanov bildirib.
O, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələrinə məxsus təyyarələrdən birinin uçuşda olduğu qara-ağ fotosunu yayımlayıb.
Təbliğatçı yazısında belə qeyd edib: “Göy sizin istirahət yeriniz olsun, döyüşçülər!”.
Daha sonra digər təbliğatçı Kirill Fedorov Telegram kanalında helikopter fonunda iki Rusiya hərbçisini göstərən foto yayımlayıb.
“Vida, dostum! Vida, uşaqlar! Əbədi uçuş”, - deyə təbliğatçı şəkli şərh edib.
Bu məlumatlara görə, “Mi-8” helikopterinin heyəti arasında itkilərin olduğu görünür.
Hazırda işğalçıların təyyarəni harada və hansı şəraitdə itirdiyi məlum deyil.
Rusiya qüvvələri uzun müddətdir “Mi-8” də daxil olmaqla helikopterlərdən Ukraynanın zərbə pilotsuz uçuş aparatlarını öz ərazilərində və müvəqqəti işğal olunmuş Krımda ovlamaq üçün istifadə edir.
Bu helikopterlər həmçinin hava-desant hücum əməliyyatlarında, quru bölmələrinə atəş dəstəyində və axtarış-xilasetmə tapşırıqlarında da istifadə oluna bilir.
Aprelin sonunda Ukrayna pilotsuz uçuş aparatları Voronej vilayətində Rusiya “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib. Bu hadisə cəbhə xəttindən 150 kilometrdən daha uzaqda yerləşən sahə eniş meydanında baş verib.
Sevinc Əliyeva
Ordu.az