“Past”: İrəvanda “Axsaq ördək” sammiti

2026/05/1778142355.jpg
Oxunub: 525     10:19     09 May 2026    
Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri, kansler Fridrix Merts istisna olmaqla, İrəvanda olublar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İrəvanda “Axsaq ördək” sammiti” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Almaniya kabinetinin məlumatına görə, kansler “digər öhdəliklər səbəbindən səfərdə iştirak edə bilməyib”.

“Kanada Baş naziri Mark Karni də iştirak edib. Emmanuel Makron, Keyr Starmer, Antonio Koşta və Pedro Sançes üçün isə bu, gündəmi reytinqin enməsi, parlament riskləri və müxalifətin təzyiqindən geosiyasət və “Avropa həmrəyliyi” mövzularına keçirmək imkanıdır.

Niyə bu, zəiflərin sammitidir?

İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti və ilk Ermənistan-Avropa İttifaqı sammiti iştirakçıların əhəmiyyətli hissəsinin siyasi kapitalla deyil, etimad defisiti ilə gəldiyi bir vaxtda keçirilir”, - deyə məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Avropa nümayəndə heyəti öz ölkələrində möhkəm dayaqları olan az sayda siyasətçidən ibarətdir.

“Makronun reytinqi 22%, Starmerin 24%, Mertsin 18-19%, Sançesin isə təxminən 35%-dir və bu, aydın şəkildə mənfi ictimai fon üzərində formalaşıb. Hətta sabit görünüşünü qoruyanlar, məsələn, Corca Meloni (34-35%) və ya Donald Tusk (39%) belə bunu daxili siyasi baxımdan mürəkkəb və kövrək hesablamalar fonunda edirlər.

Bu fonunda forum Avropanın güc nümayişindən daha çox daxildəki zəifliyi xarici siyasi aktivliklə kompensasiya etməyə çalışan liderlərin görüşünə bənzəyir. Bu, xarici siyasətin əhəmiyyətinin avtomatik azalması demək deyil, lakin böyük bəyanatlar üçün meydanı daraldır. Lider öz ölkəsində dəstək uğrunda mübarizə aparmağa məcbur olduqda, xarici siyasi forum yalnız təşəbbüslər üçün platforma deyil, həm də idarəetmə mərkəzinin hələ mövcud olduğunu göstərmək vasitəsinə çevrilir.

Ermənistan risk zonası kimi

Nikol Paşinyan üçün sammit beynəlxalq dəstəyin nümayişi baxımından vacibdir, lakin daxili siyasətdə onun mövqeyi kövrək olaraq qalır”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, bir tərəfdən, İrəvan Avropa İttifaqı ilə müzakirələr və xarici siyasət kursunun dəyişməsini göstərmək üçün görünməmiş platforma əldə edir, digər tərəfdən isə tədbir daxili qeyri-sabitlik, Avropa ilə yaxınlaşmanın qiyməti barədə müzakirələr və hakim komandanın gələcəyi ətrafında qeyri-müəyyənlik fonunda keçirilir.

“Buna görə də Paşinyan üçün sammit yalnız xarici siyasət tədbiri deyil, həm də daxili legitimləşdirmə alətidir. Avropa liderlərinin səfəri, yeni formatların başlanması və Avropa İttifaqı ilə daha da yaxınlaşmanın müzakirəsi hakimiyyətə göstərmək imkanı verir ki, Avropaya sadiqlikləri təkcə bəyannamə xarakterli deyil, həm də institusionaldır.

Gündəliyə nə daxildir?

Əslində, sammitin artıq media diqqəti qazanmış səviyyədə qərarlar doğurması ehtimalı azdır. Avropa Siyasi Birliyinin formatı konkret öhdəliklər və ya birbaşa inteqrasiya məntiqi nəzərdə tutmur. Buna görə də əsas sual yalnız nə imzalanacağı deyil, həm də İrəvana kimin və hansı siyasi məqsədlə gəlməsidir.

Bir çox iştirakçı üçün sammit ölkə daxilində mövqeləri xeyli zəiflədiyi vaxt aktivliyini nümayiş etdirmək üçün əlverişli platformaya çevrilir. Eyni zamanda görüşün gündəliyi praktiki olaraq qalır: Ermənistanda islahatlara dəstək, Avropa İttifaqı ilə genişləndirilmiş əməkdaşlıq və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin müzakirəsi”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Sammit  


Bizi "telegram"da izləyin