Pakistan hökuməti ABŞ və İrana çağırış edib

2025/07/1751626978.jpg
Oxunub: 354     12:54     05 May 2026    
Pakistan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə endirilən zərbələri pisləyir. ABŞ ilə İran arasında atəşkəs rejiminə riayət olunmalı və dialoq qurmaq imkanə qorunub saxlanmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

“Pakistan ötən gecə Birləşmiş Ərəb Əmirliklərində mülki infrastruktura qarşı həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumlarını qətiyyətlə pisləyir. ... Bölgədə davamlı sülh və sabitliyə aparan dialoq üçün zəruri diplomatik məkanın təmin edilməsi məqsədilə (ABŞ və İran arasında) atəşkəs rejiminə mütləq əməl olunması son dərəcə vacibdir”,- deyə Şahbaz Şərif “X” sosial şəbəkəsində yazıb.

Bazar ertəsi BƏƏ raket atəşinə və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb. Nəticədə Əl-Füceyrə əmirliyində yerləşən neft emalı kompleksinin ərazisində iri yanğın baş verib. Əbu-Dabi hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub və cavab verəcəyini bəyan edib. Rəsmi Tehran bu ittihamları rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin