İran konsulluğu Trampın UNO kartları ilə bağlı səhvini ələ salıb

2026/05/1777970334.jpg
Oxunub: 384     12:30     05 May 2026    
Hindistanın Haydarabad şəhərində yerləşən İranın konsulluğu ABŞ Prezidenti Donald Trampın paylaşımını ələ salıb.

Ordu.az xəbər verir ki, konsulluq Trampın Tehrana müraciət edərkən buraxdığı kobud səhvə cavabını 2026-cı il mayın 5-də “X” sosial şəbəkəsində yayımlayıb.

Məlumata görə, bundan bir gün əvvəl Tramp UNO oyununun ən güclü kartlarını əlində tutduğu foto paylaşaraq bununla ABŞ tərəfinin gücünü nümayiş etdirdiyini göstərmək istəyib.

Lakin o nəzərə almayıb ki, bu oyunda qalib daha az karta sahib olan şəxs olur, çünki məqsəd kartlardan mümkün qədər tez qurtulmaqdır.

“Bəli, bizim kartlarımız həqiqətən daha azdır”, - deyə İran konsulluğu istehza ilə bildirib.

Paylaşıma əlavə olaraq cəmi dörd kart tutan iranlı generalın fotosu da yayımlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin