Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib

2026/05/1777968950.jpg
Oxunub: 324     11:44     05 May 2026    
Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın Radio və Televiziya Baş İdarəsini ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında məlumat verilib.

"Şahhüseynov Radio və Televiziya Baş İdarəsini ziyarət edərək baş direktor Alyaa Barsilo, Suriyanın "Al-Ikhbariya" telekanalının direktoru Cəmil Surur, Dəməşq radiosunun direktoru Məhəmməd əş-Şeyx, eləcə də qurumun bir sıra əməkdaşları ilə görüşüb.

Görüşdə diplomat Suriya tərəfini Azərbaycanın media sahəsində mövcud vəziyyət barədə məlumatlandırıb, tanışlıq səfəri keçirib və iki dost ölkə arasında media sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Suriya  


Bizi "telegram"da izləyin