Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu ehtimala hazırlaşmaq məqsədilə Ağ Evdə Prezident Donald Tramp administrasiyasının əməkdaşları üçün qapalı müşavirələr keçirilməyə başlanıb.
“Məlumdur ki, bu çox ehtimal olunan ssenaridir”, - deyə müşavirə iştirakçılarından biri respublikaçıların Konqres palatalarından birində nəzarəti itirə biləcəyini qeyd edib.
Məlumata görə, siyasi vəzifəli şəxslər üçün keçirilən bu görüşlər təxminən 30 dəqiqə davam edir.
Bu görüşlərdə Konqres nəzarətinin necə həyata keçirildiyi və qanunvericilərin sorğularına necə cavab verilməli olduğu izah olunur.
Əməkdaşlara yazılı ifadələrdə daha diqqətli olmaq və Konqres üzvlərinin müraciətlərinə vaxtında cavab vermək tövsiyə edilir.
Ağ Evdə bildirilib ki, bu cür təlimatlar nəzarət tələblərinə riayət olunması üçün verilir və sorğularla işləmə praktikası 2025-ci il yanvarın 1-dən etibarən tətbiq olunur.
Eyni zamanda nəşrin həmsöhbətləri qeyd ediblər ki, son brifinqlər aralıq seçkilərə hazırlıq kontekstini daha aydın şəkildə əks etdirir.
Qəzet administrasiyanın narahatlığını Trampın reytinqinin azalması və respublikaçıların mövqelərinin zəifləməsi ilə əlaqələndirir.
Qeyd olunur ki, əgər demokratlar Konqresin bir və ya hər iki palatasında qalib gəlsələr, Tramp administrasiyası çoxsaylı çağırışlar, dinləmələr və araşdırmalarla üzləşə bilər.
ABŞ lideri daha əvvəl respublikaçıların aralıq seçkilərdə zəif mövqedə olduğunu etiraf edib və onların məğlubiyyətinin impiçment cəhdinə səbəb ola biləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az