Bu məlumatların nə dərəcədə etibarlı olduğunu demək çətindir, lakin bu cür yayımlar heç vaxt təsadüfi olmayıb və ola da bilməz. Diqqətəlayiqdir ki, CNN-in materialı Rusiya mətbuatında Ukrayna üzrə tənzimləmə ilə bağlı Rusiya-ABŞ “razılaşmalarına qayıdış” haqqında yayımlarla üst-üstə düşür və sanki göstərir ki, Vaşinqtonda Rusiya prezidenti Putinin siyasi tam səlahiyyətliliyi və hakimiyyətdə qalmasının gələcəyi “şübhə ilə qiymətləndirilir”.
Bu fonda “Deutsche Welle” xəbər verib ki, Vladimir Putinin fərmanı ilə Rusiyanın Aerokosmik Qüvvələrinin komandanı Viktor Afzarov tutduğu vəzifədən azad edilib. Onun yerinə general-polkovnik Aleksandr Çayko təyin olunub. O, “Rusiya qəhrəmanı”dır, 2010-cu illərdə Suriyada Rusiya qoşunlarının ümumi komandanı olub. Çayko Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb, o, Ukraynanın Buça şəhərində hərbi cinayətlər törətməkdə ittiham olunur.
Rusiyanın Aerokosmik Qüvvələrinə həmçinin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə qoşunları da daxildir. İlin əvvəlindən Ukrayna qüvvələri Rusiya ərazisinin dərinliklərində bir neçə rezonans doğuran əməliyyat həyata keçirib. Liman infrastrukturları, neft emalı zavodları və neft bazaları vurulub.
Rusiyanın Aerokosmik Qüvvələrinin komandanının dəyişdirilməsindən bir gün əvvəl Ukrayna pilotsuz uçuş aparatı Moskvanın qərbində “yaşayış çoxmənzilli binasını vurub”. Rusiya ənənəvi hərbi paradına hazırlaşır. Ukrayna pilotsuz uçuş aparatlarının “Qırmızı meydanı da hədəf almayacağına” heç bir zəmanət yoxdur. Bu isə o demək olacaq ki, Rusiyanın ali rəhbərliyi və yüksək rütbəli hərbçilər tam qorunmur.
Moskvanın və digər şəhərlərin müdafiəsizliyinin səbəbinin nə olduğu sual altındadır. Rusiyanın hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemi köhnəlib, yoxsa Aerokosmik Qüvvələrin artıq keçmiş komandanı Afzarov “sabotaj edərək” Vladimir Putinin təhlükəsizliyinin təmin olunmasına da mane olub?
Asif Cəfərov
Ordu.az