Tramp: “İranın zənginləşdirilmiş uran ehtiyatlarından yəqin ki, artıq istifadə etmək mümkün deyil”

2026/04/1777440516.jpg
Oxunub: 345     10:52     05 May 2026    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları artıq böyük dəyər kəsb etmir və yəqin ki, istifadəyə yararlı deyil.

Ordu.az “Salem News”a istinadən xəbər verir ki, Tramp bu barədə telekanala müsahibəsində danışıb.

“Dəyər baxımından bu, xüsusi maraq doğurmur, yəqin ki, ondan istifadə etmək mümkün deyil, ola bilsin ki, onlar ona çata bilmirlər”, - deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Vaşinqton yenə də həmin zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını əldə etmək istəyir.

ABŞ prezidenti əlavə edib ki, Tehran raket proqramı ilə bağlı da məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin