Ordu.az “Salem News”a istinadən xəbər verir ki, Tramp bu barədə televiziya müsahibəsində danışıb.
“Əgər biz böyük bir münaqişədə və ya daha böyük bir qarşıdurmada olmalı olsaq, mən düşünmürəm ki, onlar, yəni NATO bizimlə olacaqlar”, - deyə ABŞ prezidenti bildirib.
Çinə planlaşdırdığı səfərə toxunan Tramp Pekinlə yaxşı münasibətlərin tərəfdarı olduğunu vurğulayıb.
“Bizim çox güclü münasibətlərimiz var və mən hesab edirəm ki, Çinlə yola getmək, Çinlə vuruşmaqdan daha yaxşıdır. Onlar da belə düşünürlər”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az