Tramp: “ABŞ müsadirə olunmuş İran tankerlərinin neftinin böyük hissəsini götürür”

2026/05/1777962998.jpg
Oxunub: 356     10:15     05 May 2026    
ABŞ administrasiyasının rəhbəri Donald Tramp bəyan edib ki, Vaşinqton Hind okeanında ələ keçirilmiş İran tankerlərinin neftinin böyük hissəsini götürüb.

Ordu.az “Salem News Channel”a istinadən xəbər verir ki, Tramp həmin neftin böyük qisminin ABŞ-yə çatdığını bildirib.

Mayın 1-də Vest-Palm-Biçdə “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı Tramp etiraf edib ki, İran nefti daşıyan tankerlər ələ keçirilərkən amerikalı hərbçilər özlərini dəniz quldurları kimi aparırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin