“Tehran regionu və bütün dünyanı girov saxlamamalıdır” - Fridrix Merts

2026/04/gfhgf-1777366636.jpg
Oxunub: 416     08:14     05 May 2026    
Almaniya kansleri Fridrix Merts Tehranın danışıqlar masasına qayıtmalı olduğunu və regionu, eləcə də bütün dünyanı girov saxlamağa son qoymalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Tehran danışıqlar masasına qayıtmalı və regionu, eləcə də bütün dünyanı girov saxlamağa son qoymalıdır. Hörmüz boğazı ətrafında blokada dayandırılmalıdır”, - deyə paylaşımda qeyd olunub.

“Tehran nüvə silahı əldə etməməlidir. Tərəfdaşlarımıza qarşı əlavə təhdidlər və ya hücumlar olmamalıdır”, - deyə Merts əlavə edib.

Almaniya kansleri həmçinin Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirilən hücuma da toxunub.

“Birləşmiş Ərəb Əmirlikləri yenidən İranın pilotsuz uçuş aparatları və raket hücumlarının hədəfi olub. Biz bu hücumları qətiyyətlə pisləyirik. Biz BƏƏ xalqı və regiondakı tərəfdaşlarımızla həmrəyik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Almaniya  


Bizi "telegram"da izləyin