Tramp İranla münaqişəni əvvəl “müharibə”, sonra isə “mini-müharibə” adlandırıb

2026/04/1777440516.jpg
Oxunub: 410     08:09     05 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında ziddiyyətli ifadələr işlədib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Tramp Ağ Evdə kiçik biznesə həsr olunmuş tədbir zamanı İranla münaqişəni əvvəlcə “müharibə” adlandırıb.

“İranla müharibə ilə bağlı sorğu keçirilib və bildirilib ki, bu, insanların cəmi 32%-nin xoşuna gəlir”, - deyə Tramp qeyd edib.

O, sorğunu kimin keçirdiyini dəqiqləşdirməyib.

“Bu, mənim xoşuma gəlmir, ümumiyyətlə müharibəni sevmirəm. Biz bu prosesdə iştirak edirik, amma mən bunu mini-müharibə adlandırıram”, - deyə Tramp daha sonra əlavə edib.

Xatırladaq ki, Tramp daha əvvəl bu qarşıdurmanı “müharibə” adlandırmamağın ona tövsiyə edildiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. Tramp administrasiyası ötən həftə Konqresin razılığını almadan hərəkət etməyə çalışaraq, Tehran və Vaşinqton arasında müvəqqəti atəşkəsin “2026-cı il fevralın 28-də başlayan hərbi əməliyyatların dayandığı” anlamına gəldiyini əsas gətirib.

Bir sıra hüquqşünaslar isə 60 günlük müddətdən sonra Konqresin razılığını tələb edən qanunun bu cür şərhini mübahisələndirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin