"Avropa ölkələri Trampın təzyiqlərinə cavab vermək üçün birgə fəaliyyət göstərməlidirlər" - Starmer

2026/04/1776675723.jpg
Oxunub: 348     02:49     05 May 2026    
Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqlərinə cavab vermək üçün birgə fəaliyyət göstərməlidirlər.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Yerevanda keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı bildirib.

“The Guardian” məlumatına görə, Baş nazir deyib: “Etibar etdiyimiz bir sıra ittifaqların istədiyimiz səviyyədə olmadığını inkar edə bilmərik. Bu ittifaqlar daxilində lazım olduğundan daha çox gərginlik var. Buna görə də birlikdə cavab verməyimiz çox vacibdir”.

Son həftələrdə Tramp ABŞ-nin NATO-ya üzvlüyünün məqsədəuyğunluğu ilə bağlı dəfələrlə şübhələr səsləndirib. O, Böyük Britaniya da daxil olmaqla alyans üzvlərini ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatında iştirak etmək istəmədiklərinə görə tənqid edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Avropa   Tramp  


Bizi "telegram"da izləyin