Zelenski mayın 5-dən 6-na keçən gecə üçün atəşkəs elan edib

2026/04/1777266545.jpg
Oxunub: 405     23:48     04 May 2026    
Ukrayna prezidenti Vladimir Zelenski öz “Telegram” kanalında mayın 5-dən 6-na keçən gecə üçün atəşkəs elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski “Telegram” kanalında paylaşım edib.

“Bu günə qədər Ukraynaya qarşı hərbi əməliyyatların dayandırılması formatı ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb, bu barədə rus sosial şəbəkələrində bildirilir. Biz hesab edirik ki, insan həyatı istənilən yubiley “bayramından” qat-qat daha böyük dəyərə malikdir. Bu səbəbdən biz mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən atəşkəs elan edirik. Həmin vaxta qədər qalan müddətdə real olaraq sükutun təmin edilməsi mümkündür. Biz göstərilən vaxtdan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik.

Əgər Rusiya Müdafiə Nazirliyi hesab edirsə ki, Moskvada parad Ukraynanın razılığı olmadan keçirilə bilməz, artıq vaxtdır ki, Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atsın”, - deyə Ukrayna prezidenti yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin