Tramp: “Azadlıq” layihəsini həyata keçirən Amerika gəmilərinə hücum olarsa, İran Yer üzündən silinəcək”

2026/05/1777918820.jpg
Oxunub: 496     22:16     04 May 2026    
ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib ki, İran qüvvələri “Azadlıq” layihəsini həyata keçirən Amerika gəmilərinə hücum edərsə, İran “Yer üzündən silinəcək”.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp qeyd edib ki, onun fikrincə, İran sülh danışıqlarında “daha güzəştə gedən” mövqe tutmağa başlayıb.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, regionda Amerika hərbi gücünün artırılması davam edir.

“Bizim əvvəlkindən daha çox silahımız və daha yüksək keyfiyyətli sursatımız var. Bizim ən yaxşı avadanlıqlarımız var. Bizim bütün dünyada avadanlıqlarımız var. Bizim bütün dünyada bazalarımız var. Onların hamısı texnika ilə təchiz olunub. Biz bütün bunlardan istifadə edə bilərik və ehtiyac yaranarsa, edəcəyik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin