Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna bir sıra xarici liderlərlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafını müzakirə edəcək. Bu görüşlərin bir hissəsinin Polşada keçirilməsi və xarici nümayəndə heyətlərinin qəbul olunması gözlənilir.
Zelenski Ukraynanın Avropaya inteqrasiyasının əhəmiyyətini ayrıca vurğulayaraq, bu istiqamətdə davamlı dəstəyə görə Polşaya təşəkkür edib.
Prezident həmçinin bildirib ki, son həftə ərzində təxminən 90 milyard avro həcmində maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul edilib və bu, Ukraynanın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sevinc Əliyeva
Ordu.az