Fransa prezidenti Ermənistana səfər edib

2026/05/1777830162.jpg
Oxunub: 535     20:02     03 May 2026    
Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistanın prezidenti Vahaqn Xaçaturyan qarşılayıb.

Qeyd edək ki, Makron əvvəlcə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Daha sonra Makron və Paşinyan arasında təkbətək danışıqlar, geniş tərkibdə görüşlər və birgə mətbuat açıqlaması olacaq. Səfərdən sonra iki liderin strateji tərəfdaşlıq haqqında sənəd imzalaması gözlənilir.

Məlumata görə, Makron səfərinin son günündə, 5 mayda Paşinyanın müşayiəti ilə Gümrüyə gedəcək. Makron Spitak zəlzələsində ölənləri yad edəcək, bundan sonra Paşinyanın müşayiəti ilə Vardanants meydanında Ermənistan-Fransa dostluğuna həsr olunmuş böyük konsertdə iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ermənistan  


Bizi "telegram"da izləyin