Bu barədə
Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olan və “Küləyə qalib gəl” şüarı altında təşkil edilən sayca doqquzuncu Bakı Marafonu bu il ilk dəfə olaraq klassik marafon məsafəsi — 42 kilometr üzrə keçirilib.
Marafonun iştirakçıları arasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Yusubova Anna da yer alıb. Yüksək fiziki hazırlıq nümayiş etdirən hərbi qulluqçumuz 42 kilometrlik məsafəni 2 saat 55 dəqiqə 52 saniyəyə qət edərək ikinci yerə layiq görülüb.
Qeyd olunmalıdır ki, Bakı Marafonu peşəkar və həvəskar idmançıların bir araya gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kütləvi idman tədbiri kimi öz əhəmiyyətini bir daha təsdiqləyib.
Ordu.az