Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib - YENİLƏNİB

2025/06/1750178673.jpg
Oxunub: 649     18:09     03 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı hökumət evində Kanadanın Baş naziri Mark Karni ilə görüşüb.

Ordu.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Kanada nümayəndə heyəti 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gəlib.

"Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirakınıza və ölkəmizə səfərinizə görə sizə təşəkkür etmək istəyirəm. İnanıram ki, iştirakınız bu formatı daha təsirli edəcək, çünki bu, şübhəsiz ki, üfüqləri və perspektivləri genişləndirir", - deyə Paşinyan qeyd edib.

Karni İran münaqişəsi ilə bağlı Kanadaya göstərdiyi dəstəyə görə Paşinyana və Ermənistan hökumətinə təşəkkür edib.

Kanadanın baş naziri Aİ monitorinqinin bir hissəsi olaraq Ermənistanda keçiriləcək parlament seçkilərini dəstəkləməyə hazır olduğunu bildirib. Görüş zamanı həmsöhbətlər Ermənistan və Kanada arasında dostluq münasibətlərinə toxunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

****

Kanadanın Baş naziri Mark Karni "Gələcəyi qururuq: Avropada birlik və sabitlik" devizi altında keçirilən Avropa Siyasi İcmasının (ASİ) 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Mark Karni bu formatın yaradılmasından etibarən toplantıda qonaq qismində iştirak edəcək ilk qeyri-Avropa lideridir.

Qeyd edilib ki, Kanadanın baş nazirini Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin