"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO+FOTOLAR

2026/05/923d8-1777626083.jpg
Oxunub: 393     12:01     01 May 2026    
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


HDQ-nin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçularının iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.


Tədbirdə çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas və döyüş hazırlıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.


Kurs müddətində hərbi qulluqçular gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər fəaliyyətləri praktiki yerinə yetirməklə peşəkar dalğıc bacarıqlarına yiyələniblər.


Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dalğıc   Kurs   MN  


Bizi "telegram"da izləyin