Sinqh: "Gənclər postkolonial reallıqların formalaşmasında fəal iştirak edir"

2026/05/dfgdf-1777619053.jpg
Oxunub: 235     10:42     01 May 2026    
Gənc nəsil dünyanın müxtəlif bölgələrində öz müqəddəratını təyinetmə, ədalət və dekolonizasiya məsələlərinə yeni baxış gətirir.

Ordu.az xəbər verir ki, bunu "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumun iştirakçısı Çahal Akaşdip Sinqh bildirib.

Onun sözlərinə görə, bir çox müasir dövlətlər bütün dünyada baş verən müstəmləkəçilik prosesləri nəticəsində formalaşıb.

"Mən bugünkü tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna və Abbas Abbasova minnətdarlığımı bildirmək istəyirəm. Bu forumun əhəmiyyəti bir əsas məqamdan ibarətdir: gənclər təkcə gələcəyin liderləri deyil, həm də postkolonial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi prosesinin fəal iştirakçılarıdır. Gənclər artıq ən müxtəlif regionlarda öz müqəddəratını təyinetmə, ədalət və dekolonizasiya ilə bağlı yeni yanaşmalar təklif edirlər", - o bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqh   Forum  


Bizi "telegram"da izləyin