Rusiyada Ermənistana qarşı yeni sanksiyalar paketi hazırlanır

2026/05/1777615316.jpg
Oxunub: 334     09:55     01 May 2026    
“Ermənistan hakimiyyətinin anti-Rusiya hərəkətləri ilə paralel olaraq, Rusiyada Ermənistana qarşı yeni sanksiyalar siyahıları hazırlanır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, sanksiyalar artıq açıq mənbələrdə əlçatandır və bu barədə açıq danışılır.

“Üstəlik, anti-Rusiya hərəkətlərini təhrik edən addımlar sırasında Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfəri də nəzərdən keçirilir.

Beləliklə, Rusiya tərəfi Ermənistandan Rusiyaya mövsümi kənd təsərrüfatı məhsullarının, çiçəklərin idxalı məsələlərində, həmçinin Ermənistandan bəzi dağ-mədən məhsullarının, yəni molibden filizi, dekorativ daş və sairənin alınması ilə bağlı məhdudiyyətlər nəzərdə tutur. Daha təhlükəli olan digər paket isə “Metsamor” atom elektrik stansiyasının nüvə tullantılarının utilizasiyası ilə bağlı sazişlərin yenidən nəzərdən keçirilməsinə aiddir”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, yəni tullantılar artıq Ermənistandan götürülməyəcək, Ermənistanda isə onları utilizasiya etmək üçün müvafiq şərait yoxdur və bu, ekoloji fəlakətə səbəb ola bilər.

“Buna əlavə olaraq, Rusiyada erməni biznesmenlərin və dövlət qulluqçularının daşınmaz əmlakına və maliyyə aktivlərinə qarşı fərdi məhdudiyyətlər, bəzilərinin nümayişkaranə şəkildə Rusiyadan deportasiyası, giriş qadağası və sairə olacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin