Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımında bildirib.
Xatırladaq ki, Makron cütlüyü Ermənistana üçgünlük səfərlə, mayın 3-5-də gələcək. Emmanuel Makron əvvəlcə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək, sonra Makron-Paşinyan təkbətək görüşü, geniş tərkibdə görüşlər keçiriləcək, bunun ardınca onların mətbuat üçün birgə bəyanatı olacaq. Səfərin nəticəsində iki ölkənin rəhbərlərinin strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı nəzərdə tutulur.
Fransa prezidenti həmçinin Ermənistan prezidenti Vahaqn Xaçatryanla görüşəcək, mayın 5-də Paşinyanın müşayiəti ilə Gümrüyə gedəcək.
Alpər Mövludoğlu
Ordu.az