Ermənistanda seçicilərə rüşvət vermə işi üzrə daha üç nəfər saxlanılıb

2024/04/timth-1713340162.jpg
Oxunub: 390     20:10     30 Aprel 2026    
Ermənistanda erməni iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının adından seçki rüşvəti verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində aprelin 29-da saxlanılan beş nəfərdən üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, aprelin 29-da Ermənistanın Anti-Korrupsiya Komitəsi gizli şəkildə seçki rüşvəti ötürməkdə şübhəli bilinən və “Güclü Ermənistan” partiyasının adından fəaliyyət göstərən beş nəfəri saxlayıb.

Onu da xatırladaq ki, aprelin 16-da Ermənistan rəsmiləri seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində “Güclü Ermənistan”ın 14 üzvünü saxlamışdı. Daha sonra partiyanın 12 tərəfdarı barəsində ev dustaqlığı qərarı verilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin